Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.
Hafta.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur.
*** 13:40
Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.
Hafta.az xəbər verir ki, bu barədə nazirliyin Twitter hesabında qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.